Azərbaycanlılar Gürcüstan turizminə milyardlar qazandırır

2016-cı ildə Gürcüstana 6.350.825 turist səfər edib. Bu göstərici 2015-ci- illə müqayisədə 7.9 fazi çoxdur
Bu barədə məlumatı Gürcüstan turizm administrasiyasının rəhbəri Qeorqi Çeqovadze mətbuat konfransında bildirib.Məlumatda həmçinin oda bildirilir ki, Gürcüstana ən çox səfər edən turistlər Azərbaycan vətəndaşlarıdır. Beləki, bu ölkəyə səfər edən TOP-5 ölkə arasında azərbaycanlılar birinci yerdədir.TOP-5 ölkələr:Azərbaycan – 1.523.075 nəfər 2015-ci illə müqayisədə 9.3 faiz çoxErmənistan – 1.496.246 nəfər 2015-ci illə müqayisədə 1.9 faiz çoxTürkiyə – 1.254.089 nəfərRusiya – 1.037.564 nəfər 2015-ci illə müqayisədə 12 faiz çoxUkrayna – 172.631 nəfər 2015-ci illə müqayisədə 21.8 faiz çoxMəlumata görə, müsbət hallaradan biri də Rusiyadan Gürcüstana gələn turistlərin sayının ilk dəfə olaraq 1 milyon nəfərə çatmasıdır. Müsbət tendensiya Avropa ölkələrindən gələn turistlərin sayında da hiss olunur. Çokavadzenin sözlərinə görə Latviya, Litva, Çexiya, Bolqariya və Almaniyadan Gürcüstana gələn turistlərin sayında da nəzərə çarpaçaq dərəcədə artım olub.Həmçinin turistlərin sayında xüsusi artım İran, Hindistan, Səədüyyə Ərəbistanı, Filippin, Oman və Çindən olan turistlərin sayında hiss olunur.Turistlərin sayının artması qonşu Gürcüstanın turizmdən gələn gəlirlərinə də təsirsiz ötüşməyib. Beləki 2016-cı ilin ilk üç rübündə turizmdən 1.7 milyard dollar gəlir əldə edilib. Bu göstərici 2015-ci illə müqayisədə 11.7 faiz çoxdur. Gürcüstan Milli Turizm administrasiyasının rəhbəri Qeorqi Çoqavadze 2016-cı ildə ümumilikdə 2 milyard dollardan çox gəlirin əldə edildiyini bildirib.pia.az