Xəzəllərin ovcu – Musa Yaqub

PİA.AZ Kulis.Az-a istinadən Musa Yaqubun yeni şeirlərini təqdim edir
Tənhalığın üsyanı Hər şey qaldı arxada,Hər şey qaldı geridə,Neçin könlüm darıxqan,Tarimardır bu yerdə -                       Evdən-eşikdən kənar,Son tüstüsü buğlanan,Ürəyim sönük fanar…Ya bilmirəm soluxmus                 bir payız bənövşəsi,Ya bəlkə tək bulağam,Üzündə buz şüşəsi –Bir əl toxunsa əgərYa sınar, ya əriyərBir də soyuyub gedərKönlüm uyuyub gedər… Heyf  o etibardan,Heyf o intizardan  -Solan yaşıllıqların,Olan yaxşılıqların Axırı nə?           bir heç nə…Tutub bu hecnəlikdənHara gedim bilmirəm…Uçdum hansı yuvadan?Hara yetim bilmirəm,Harda bitim bilmirəmBilmirəm hansı üzüTutub üzüm gəlmişəm.Mənə elə gəldi ki,Sən məndən incimisən,Mən səndən incimişəmDönüb küsüb gəlmişəmİndi bildim tənhayamGündüzümdə, gecəmdə -Evdən-eşikdən uzaq…Mən bir asi yalquzaqQurd ulayır içimdə. Dayan görüm, sən Allah,Yol yaratsın yaradan!Səninlə barış üçünSöz gəzirəm arada… Bilirəm yalvarışlaHiylə sözlə xoşun yoxÜstün olmaq həvəsinBir haqsız savaşın yox.Eh, nə qəsdi-qərəzdi?..Biz küsü saxlamazdıq,İnciklik havasındaDilimiz işləməzdi. Hardan doğub bu duyğuHardan gəlib bu sorğu;Ömrün hansı üzüdü? -Sən yoxsan bu dünyadaBu nə umu-küsüdü?.. Sən ki, yoxsan dünyadaNədir bu giley-güzarBurda tale sirri var.                                                O köhnə cığırındaBəlkə otlar içindəÖmrünün axırındaƏkdiklərin göyərib,Açıb gülün, çiçəyinBaxmamışam, keçmişəmİncik düşüb ürəyin? Bu həyət sənin idiKöhnə ocaq yerindəSönüb qalan kösövlərAlovlanıb bu səhər…Amma başqa əl iləAmma basqa ocaqda –Sən qalmısan qıraqda,Mən qalmışam uzaqdaGörmüsən mən də yoxamHəmin ocaq başında                                 İncik-incik yanmısanÖmrün qara daşındaO qızılı donun daEvdə qalmışdı hələ.Bəlkə o keçib ələKimisə geyindirib,Kimisə isindiribBu sənə ayan olubRuhunu diksindiribMəni də diksindirib.                                                  Dayan, sən Allah, dayan,Könlüm sınıq darıxqan.Çaxıb çox ildırımlarÇaylaq daşı od tutubMəni də yandırıblar.Göyün tağına baxma,Bulud qalıb, dan keçib.Sinə dağıma baxmaÜstündən hicran keçib. Xoş xəbər ol, xoş çapar,Dur ayağa, umudum!Tut qolumdan sən apar:Gedim, təzədən gedimOcağım yanan yerə.Ürəyim məqam tutub,Könlüm dayanan yerə.                                                      Qızıl balıqlar kimi,Çay daşımı tanıyım.Açın ilkin yolumu,Öz daşımda bayılım. Orda cığır saldığım,Qoşa keçdiyim yerə.Bütün sevgilərimə,O and içdiyim yerə. Ev-eşiyə qarışım,Öz arxımla danışım.Mən də köhnə kösövəm,Ocağımda alışım.Daha səni tapmaram,Keçdi qoşa günlərim,Tək günümlə barışım,Xatirə günlərimin        Ətəyindən yapışım. Giley-güzar sarıdan,Dolub daha siyahım –Öz günahım, öz ahım –Gedər qiyamətəcən,Bütün tənhalıqları,Çapıb gedər qiyamım! payız, 2016Bakıpia.az