Ötən il bu azərbaycanlı məşhurları itirdik - Siyahı

Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişdi
PİA.AZ atv.az-a istinadən bildirir ki, xalq artisti, bəstəkar Musa Mirzəyev yanvarın 29-da, 89 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.  Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı Vaqif Məmmədov fevralın 6-da, 67 yaşında dünyasını dəyişdi.Yazıçı, tənqidçi, publisist Gülrux Əlibəyli fevralın 15-də, 88 yaşında Bakı şəhərində vəfat etdi.Xalq artisti İlhamə Quliyeva  fevralın 25-də, 72 yaşında ürək çatışmazlığından qəfildən dünyasını dəyişdi.Uzun illər ürək-damar xəstəliyindən əziyyət çəkən aktyor-rejissor Arif Qasımov martın 7-də 66 yaşında dünyasını dəyişdi Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Fikrət Əliyev martın 8-i, 73 yaşında vəfat etdi.Yazıçı, kinodramaturq, kinorejissor Maqsud İbrahimbəyov martın 22-i, 81 yaşında dünyasını dəyişdi.  "Şərəf" ordenli aşıq Məhəmməd Sadaxlı martın 25-i, 85 yaşında dünyasını dəyişdi. Professor,  iqtisad elmlər doktoru Fərman Qasımov martın 27-si, 77 yaşında dünyasını dəyişib. Filologiya elmləri doktoru, professor İmamverdi Əbilov aprelin 9-u, 89 yaşında dünyasını dəyişdi. Professor, "Şöhrət" ordeni ilə təltif edilmiş Əli Əliyev aprelin 23-ü, 82 yaşında dünyasını dəyişdi. Xalq şairi Söhrab Tahir mayın 4-ü, 89 yaşında vəfat etdi.Azərbaycan Dövlət Televiziya və Radio verlişləri Qapalı Səhmdar cəmiyyətinin (AZTV) 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iyunun 25-i, iş başında dünyasını dəyişdi.Bəstəkar Oqtay Zülfüqarov avqustun 31-i, 87 yaşında uzun sürən xəstəlikdən sonra ömrünü başa vurdu. Məşhur rejissor Ələkbər Kazımovski sentyabrın 19-da əməkdar artist Nahidə Orucovanın 55 illik yubileyi münasibəti ilə təşkil olunmuş məclisdə ürək tutmasından dünyasını dəyişdi. "Şeron" qrupunun musiqiçisi Azər Qafarov noyabrın 10-u, qəfildən dünyasını dəyişdi. Yazıçı Fikrət Sadıq noyabrın 16-ı, 86 yaşında Bakıda dünyasını dəyişdi.Xalq artisti Nəriman Əzimov noyabrın 19-u, 80 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov noyabrın 30-u, 69 yaşında dünyasını dəyişdi.Akademik Nizami Süleymanov dekabrın 2-i, 66 yaşında qəfildən halı pisləşərək dünyasını dəyişdi.İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal dekabrın 4-də, 69 yaşında onkoloji xəstəlikdən sonra dünyasını dəyişdi.Tanınmış rəssam İsmayıl Məmmədov dekabrın 12-i, 68 yaşında dünyasının dəyişdi.Abdulla Şaiq adına Azərbaycan Dövlət Kuka Teatrının keçmiş direktoru Hüseyn Əhmədov dekabrın 10-da dünyasını dəyişdi.. Xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra dekabrın 22-si, 81 yaşında dünyasını dəyişdi.Tanınmış yazıçı və tərcüməçi İlyas Tapdıq dekabrın 25-i, 82 yaşında vəfat etdiXalq artisti Ağaxan Abhdullayev dekabrın 26-sı, 66 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.Tanınmış şair, bir çox hit mahnıların sözlərinin müəllifi Sərvər Şahvəlli dekabrın 27-si, 54 yaşında  qaraciyər xəstəlikdən dünyasını dəyişdi. pia.az