“Boavişta”da məni “qara siyahı”ya salmışdılar” - Emin Mahmudov

"Kamran komandamızın hörmətli oyunçularındandır"
Rusiyanın “Sovetski sport” qəzetinin bugünkü sayında Azərbaycan milli komandasının  yarımmüdafiəçisi Emin Mahmudovla geniş müsahibə dərc edilib.Qol.az-ın xəbərinə görə, sualların əksəriyyəti Eminin hazırda çıxış etdiyi “Boavişta”dakı karyerasına həsr olunub.Müsahibəni ixtisarla dərc edirik.- Portuqaliyaya gəldiyiniz ilk vaxtlar niyə oynamırdınız?- Məşqçi mənə etimad göstərmirdi.  Bilmirəm, nəyə görəsə gəldiyim ilk gündən “qara siyahı”ya düşdüm.  Yeni məşqçinin gəlişindən sonra isə hər şey dəyişdi. O cümlədən mənə münasibət də. - Migel Leal hələ “Moreyrerse”də çalışanda gənc futbolçularla işləməyi bacarırdı.- O, yaxşı motivatordur. Psixologiyadan başa çıxır. Bundan başqa, taktika və pressinq üzərində çox işləyir.- Onun hansısa fikirlərini xatırlayırsınız?- Deyir ki, öz arzunuzu qurun və hansı vəziyyətin yaranmasından asılı olmayaraq, ondan imtina etməyin. Öz arzunuzun arxasında gedin.- Portuqaliya dilini hansı səviyyədə bilirsiniz? Rus oyunçu, sizin də yaxından tanıdığınız Vitali Lıstsov bugünlərdə yerli jurnalistlərə (yeri gəlmişkən, “Boavişta” ilə oyundan sonra) portuqal dilində müsahibə vermişdi. - Məişət səviyyəsində fikrimi çatdıra bilirəm. Amma çətin cümlələr olanda anlamıram. Axı, cəmi 5 aydı burdayam. Buna baxmayaraq, hamı bildirir ki, portuqal dilində tez öyrənirəm.- Deməli, siz də bu dildə müsahibə verə bilərsiniz?- Yox, müsahibə çətin olar (gülür).- Yəqin ki, “Nasyonal”la matçın ən yaxşı oyunçusu sayılmağınız sizi sevindirdi? (Mahmudov 2:0 hesabı ilə bitən həmin matçda ilk qolun müəllifi olub – red.)- Əlbəttə. Amma belə qiymətin daha çox olması üçün öz üzərimdə yenə çalışmalıyam. Səviyyəni qorumaq lazımdır.- Nəzərə alsaq ki, qol vurmusunuz, sizi yanvarın 8-dəki oyunda da meydanda görə bilərik?- Ümid edirəm. Hər şeyi məşqçi həll edir.- Siz Portunun özündə, yoxsa yaxınlığında yaşayırsınız? - Şəhərin mərkəzində. Düzdü, köhnə şəhərdə yaşamıram, amma çay kənarına yaxınam.- Yəqin ki, Portunun şərab zirzəmilərində olmusunuz. Onlar mərkəzdədir.- Mən müsəlman olduğum üçün şərab içmirəm.Ona görə də ora getməmişəm. Portuda şərab zirzəmilərindən başqa hər yerə getmişəm.- Portuqaliyada ən çox nəyi bəyənirsiniz?- Buranın mühiti istidir. Şəhər sakit, təmiz və ürəyəyatımlıdır. Futbol mənasında isə meydanlar xoşuma gəlir. - “Boavişta”nın ən hörmətli oyunçusu kimdir?- Mənə qol ötürməsini verən hücumçunu qeyd edə bilərəm. Sonra bizim qapıçımız Kamran Ağayev. Sağ kənar yarımmüdafiəçimiz Yuri Medeyruşun da adını çəkə bilərəm.pia.az