“Arsenal“ Özili transferə çıxara bilər

"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil mövsümün sonunda klubunu dəyişə bilər
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "topçular"la müqaviləsini yaya qədər yeniləməsə, klub rəhbərliyi onu satmaq qərarına gələcək.Özil komanda yoldaşı Aleksis Sançez kimi illik 20 milyon funt məvacib istəyir. Londonlular 2 variant təklif edir. Ya Sançezin maaşı azaldılıb Özilin istəyi təmin olunmalıdır. Ya da onların hər ikisinə 15 milyon funt məvacib verilməlidir. Buna isə Aleksis razı deyil. Baş məşqçi Arsen Venqer də onlardan maliyyə məsələlərini ön plana çıxarmamağı istəyib. Ötən həftə onun "Real"a qayıda biləcəyi barədə məlumat yayılmışdı.pia.az