Avtobus minik avtomobili ilə toqquşdu: ölü və yaralı var

Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub
APA-nın Qərb bürosunun məlumatına görə, qəza nəticəsində “VAZ 21011” markalı minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəsrəddin Əli oğlu ölüb.  Minik avtomobilinin sərnişini, 1969-cu il təvəllüdlü Goranboy rayon Borsunlu kənd sakini Həsənov Habil Cəmşid oğlu isə xəsarət alıb.   **Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.pia.az