“Nida” üzvü 10 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, dövlət ittihamçısı Bayram Məmmədovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.pia.az