Buludların üstündə yaşayan şeyx

Dubayın hakim ailəsinin üzvü, şeyx Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum buludlardan yuxarıda yerləşən evindən çəkdiyi mənzərəni özünün İnstagram səhifəsinə yükləyib və cəmi yarım günə bu kadrlara 500 mindən çox adam baxıb
Virtualaz.org xəbər verir ki, videokadrlara əsasən şeyx Dubayda, dünyanın ən hündür binalarından birində smartfonla çəkiliş aparır, bir əlində isə kofe fincanı tutub. Kadrlar buludların arasından yüksələn Dubay göydələnlərini, ağ dənizi xatırladan bulud topalarını əks etdirir. Bu mənzərə baxanları heyrətə salır, ancaq şeyx sakit görünür və çəkilişi həyacansız davam etdirir. Çünki bu, onun üçün gündəlik mənzərədir. Bu həmin şeyxdir ki, Azərbaycanda da ovda olub və sosial şəbəkələrdə şəxsi həyatından, dünyanın müxtəlif yerlərindən çəkdiyi fotoları yayır. Onun İnstagram səhifəsinin 4.8 milyon abunəçisi var.

A world of opportunities lie beneath. #MyDubai ❤ 5.12.2016 صباح السحاب للأحباب

Видео опубликовано Fazza (@faz3) Дек 5 2016 в 11:00 PST

pia.az