Bu il sirkə turşusundan 8 nəfər dünyasını dəyişib

Bu il 8 nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib
Lent.az-ın məlumatına görə, bunu respublikanın baş toksikoloqu Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib. A. Maqsudov deyib ki, sirkə turşusundan zəhərlənmə ilə hər ay 5-7 müraciət daxil olur: "Bu il sirkə turşusundan zəhərlənərək mərkəzimizə müraciət edən xəstələrin 8-i ölüb. Onlar xəstəxanaya çox ağır vəziyyətdə gətirilib və bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb". Baş toksikoloq bildirib ki, intihar məqsədi ilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir. Bu rəqəm bütün illər ərzində 3-4% olur: "Vətəndaşlar daha çox ailə-məişət münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd edirlər". Yay mövsümündə göbələkdən zəhərlənmə ilə bağlı Toksikologiya mərkəzinə 26 xəstə müraciət edib və heç bir ölüm halı qeydə alınmayıb. Bundan başqa bu il ərzində 114 xəstə ilansancma şikayəti ilə bizim mərkəzə qəbul olunub", -deyə A.Maqsudov əlavə edib. Baş toksikoloq qeyd edib ki, ümumilikdə il ərzində 68 uşaq zəhərlənmə ilə Toksikologiya mərkəzinə müraciət edib ki, onlardan 42 nəfəri dərmandan, qalanları isə dəm qazından zəhərlənib.pia.az