Ağ Ev nöqtəni qoydu: Obama imzalayacaq

ABŞ Prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalayacaq
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Ev nümayəndəsi Erik Şults deyib.Onun sözlərinə görə, rəsmi Vaşinqton sanksiyaların İranla əldə olunan razılaşmanın gerçəkləşməsinə maneə ola biləcəyinə inanmır.Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi sanksiyaların uzadılmasını nüvə proqramı üzrə sazişə zidd olduğunu bildirib.pia.az