“Qara bazar”da dolların qiyməti

Neft ölkələrinin (OPEK) hasilatı azaltmaq barədə qərarı və bunun nəticəsində dünya bazarında neftin bahalaşması bütün dünyada olduğu kimi, Azərbaycanın “qara bazarı”da da dolların məzənnəsinə təsirini göstərib
PİA.AZ Fins.az-a istinadən xəbər verir ki, “qara bazar” iştirakçıları neftin bahalaşmasının ölkənin dollar gəlirlərini artıracağını və bununla da manata təzyiqin azalacağını hesab edirlər.Nəticədə, dekabrın 2-də Bakının “qara bazar”da dolların məzənnəsi ötən günə nisbətən bir qədər ucuzlaşıb. Hazırda bazarda dolların alış qiyməti 1,815 manat, satış qiyməti 1,83 manat təşkil edir. Avronun qiyməti isə alış 1,93,5 manat, satış 1,95 manatdır.pia.az