“Motorola” “ağıllı” saatların istehsalını dayandırır

“Motorola” brendinin sahibi “Lenovo” şirkəti “Moto” smart-saatlarının istehsalını müvəqqəti olaraq dayandırıb
Lent.az-ın “iphones.ru” saytına istinadən məlumata görə, “Motorola”nın bölmə rəhbəri Şakil Barka belə bir qərarı perspektivin və istifadəçilərin yeni “ağıllı” saatların istehsalına marağının olmaması ilə izah edirlər.Ş.Barka əmindir ki, yeni “Moto” modelinin tərtibatı gələcəkdə də aparılacaq. Ancaq hazırda istehsalı dayandırma lazımdır. Bununla belə, “Motorola” rəhbəri qeyd edib ki, “Moto 360” aktual “Android Wear” versiyasına qədər yenilənəcək.Mümkündür ki, belə bir qərarın qəbul olunması daşınar elektronikanın populyarlığının düşməsi ilə əlaqəlidir. 2016-cı ilin ikinci rübündə smart saatlar bazarı 33% azalıb.pia.az