Bu günün məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% bahalaşaraq 1,7196 manat təşkil edib.Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8077 manatdan 1,8176 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0267 manatdan 0,0266 manatadək azalıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,5036 manatdan 0,4970 manatadək ucuzlaşıb.Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1327 manatdan 2,1409 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6928 manatdan 0,6892 manatadək azalıb.pia.az