Aktrisa 10 milyon dollar cərimələnə bilər

ABŞ-lı aktrisa Amber Heard ötən il çəkildiyi yeni filmindəki sevişmə səhnələrində soyunmağı rədd etdiyi üçün 10 milyon dollar təzminat ödəməli olacaq
Aktrisa haqda filmdə "performans və təqdimat öhdəliklərini pozduğu" iddiasıyla istintaq başlanılıb.Toronto Film Festivalında bir il əvvəl təqdimatı baş tutan `London Fields` filmində bir çox açıq-saçıq səhnələrin çıxarılması böyük qalmaqala səbəb olub. Bir çox səhnənin göstərilməməsi mübahisə yaradıb. Xristofer Hanleyin "Nicola Six Limited" şirkəti rejissor Mateu Kullenini fırıldaqçılıq ittihamı ilə filmin son hissəsini çıxararaq ssenarini dəyişdirdiyini iddia edir. Hanley, eyni zamanda, filmin vaxtından xeyli gec hazırlanmasından narazıdır.Ötən bazar ertəsi Los-Anceles məhkəməsində 30 yaşlı aktrisa Amber Heard haqda müqavilənin şərtlərini yerinə yetirmədiyi, rejissor Kullen ilə əlbir olub müqaviləni pozmaq ittihamı ilə iddia qaldırılıb.Məlum olub ki, filmin bu qədər gecikdirilməsinə və həmin səhnələrin filmdən çıxarılmasına səbəb aktrisanın sevişmə səhnələrində soyunmaq istəməməsi olub.Baş prodüser və filmin sponsoru Hanley aktrisadan zərərin qarşılanması üçün ən az 10 milyon dollar tələb edib. (milli.az)pia.az