Bakıda 24 yaşlı qız özünü maşının altına atıb

Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib. Hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 83 ünvanında qeydə alınıb
Belə ki, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özünü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewoo" markalı avtomobilin altına atıb.Nəticədə, avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.Faktla bağlı araşdırma aparılır. (“Report”) pia.az