Putinin reytinqi 82%-ə çatdı

Rusiya prezidenti Vladimir Putinin reytinqi avqust ayından bəri 3,1% artıb və 81,8%-ə çatıb
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi məlumat açıqlayıb. Sorğu göstərir ki, nəinki prezident, həmçinin Duma və Federasiya Şurasının da reytinqi artıb. Belə ki, hökumətə etibar edənlərin sayı 58,3%-ə, Dumaya inananların sayı 45,5%-ə və Federasiya Şurasına etibar edənlərin sayı 46,4%-ə çatıb.pia.az