Yol qəzası 1200 manatlıq ziyan vurdu - Foto

Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə “20 Yanvar dairəsi” istiqamətində hərəkətdə olarkən körpünün mühəccərlərinə çırpılıb və nəticədə mühəccərlərin bir hissəsi dağılmış və deformasiyaya uğrayıb.Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 paqon-metr məhəccəri dağılıb və deformasiyaya uğrayıb. Nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib.pia.az