18 yaşlı qız 7-ci mərtəbədən yıxılıb ölüb

Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib
PİA.AZ APA-ya istinadən  xəbər verir ki, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.pia.az