Villadakı partlayışda yaralanan vəzifəli şəxs Türkiyədə vəfat edib

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib
PİA.AZ-ın Report-a istinadən məlumatına görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər. pia.az