Astaranı su basdı, sürüşmələr baş verib

Artıq 15 gündür ki, davam edən yağışlar nəticəsində Astara rayonunda subasmalar və sürüşmələr müşahidə olunub
Virtualaz.org-a Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, əsasən bir neçə kənddə şəxsi təsərrüfatlar və həyətyanı sahələr su altında qalıb. Sürüşmələr isə Degədi-Pilikəş avtomobil yolunun dağlıq hissəsində baş verib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub. Astaraçayda suyun səviyyəsinin yüksəlməsi qeyd olunur. İcra Hakimiyyətindən bildirildiyinə görə, bu il rayonda drenaj-suvarma və kanalizasiya sisteminin yenidən qurulması üzrə aparılmış işlər nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.pia.az