Türkiyə “Fərat qalxanı” əməliyyatının məqsədini açıqladı

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad olunmasınadək "Fərar qalxanı" çərçivəsində hərbi əməliyyatları davam etdirəcək
Trend-in verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.Onun sözlərinə görə, Türkiyənin məqsədi regionun İŞİD terrorçularından təmizlənməsidir: "Bu region qaçqınların öz evlərinə qayıtması üçün təhlükəsiz olmalıdır".pia.az