Tottiyə “qırmızı vərəqə” göstərmiş hakimimiz yeni təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb
Bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.Onun sözlərinə görə, Ə.Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.Qeyd edək ki, noyabrın 13-də Kipr - Cəbəllütariq, İsveçrə - Farer adaları, Macarıstan - Andorra, Bolqarıstan - Belarus, Luksemburq - Hollandiya, Portuqaliya - Latviya, Belçika - Estoniya və Yunanıstan - Bosniya və Herseqovina oyunları keçiriləcək.pia.az