Şirkətdən 2 ton alma oğurlandı

Azərbaycandan xaricə meyvə satan beynəlxalq şirkətdən oğurluq olub
PİA.AZ report-a istinadən bildirir ki, DAD şirkətinin Quba rayonunda yerləşən alma bağından 2 ton alma oğurlanıb.Şirkətin əməkdaşı Rasim Piriyev polisə müraciət edərək hadisə barədə məlumat verib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, DAD şirkəti Quba rayonunda yetişdirilən meyvələri xarici ölkələrə ixrac edir.pia.az