Bu şəhər İŞİD-dən geri alındı

İraq ordusu Ər-Rutba şəhərini tam nəzarəti altına alıb
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Skay Nyus Arabia” televiziyası yayıb. Ordu Ənbar vilayətində yerləşən bu şəhəri üç günlük döyüşlərdən sonra tam olaraq İŞİD döyüşçülərindən təmizləyib. Qeyd edək ki, İraq ordusu oktyabrın 17-də İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına başlayıb. Mosul iki ildir İŞİD-in nəzarətindədir.pia.az