Somali piratlarının girovluğunda olmuş dənizçilər “siçan yeyiblər”

Təxminən beş il Somali piratlarının girovluğunda qaldıqdan sonra azad edilmiş bir qrup dənizçi sağ qalmaq üçün siçan əti yeyib, xilas olanlardan biri BBC-ə bildirib
Filippinli dənizçi Arnel Balberi deyib ki, onlara az miqdar su verilib və özlərini "gəzən ölülər" kimi hiss edirlər.26 dənizçi 2012-ci ildə gəmilərilə birgə ələ keçirildikdən sonra tədricən Somaliyə aparılıblar.Onlar pul qarşılığında şənbə günü azadlığa buraxılıblar.Dənizçilər Çin, Filippin, Kamboca, İndoneziya, Vyetnam və Tayvandandırlar.Piratsız Okean (OBP) qeyri hökumət təşkilatının bildirdiyinə görə, 2012-ci ildə gəmi ələ keçirilərkən dənizçilərdən biri qətlə yetirilib.Bir il sonra gəmi batıb və heyət Somaliyə gətirilib. Daha sonra iki dənizçi xəstəlikdən həlak olub.Cənab Balbero BBC-ə bildirib ki, son dörd il yarımdan sonra onlar özlərini "gəzən ölülər" kimi hiss edirlər.Piratların onlarla necə rəftar etdiyi sualına o: "Onlar bizə az miqdar su verirdilər... Biz siçan yemişik. Bəli, biz onu meşədə bişirirdik"."Biz hər şeyi yeyirdik, hər şeyi. Ac olanda yeyirsən".pia.az