Artur Rasizadə Xorvatiya prezidenti ilə nahar edib

Oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç birgə işçi nahar ediblər
PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.pia.az