Azərbaycan və Xorvatiya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar

Azərbaycan və Xorvatiya dövlət başçılarının geniş tərkibdə görüşü baş tutub
PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.***Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub. PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib. Hər iki dövlət başçısı rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.pia.az