Rusiyada helikopter qəzaya uğradı - 3 nəfər xəsarət aldı

Rusiyanın Yamal-Nenets muxtar dairəsinin ərazisində, Urenqoy qəsəbəsinin yaxınlığında “Mi-8” təyyarəsi sərt eniş edib
Virtualaz.org “MegaTyumen.ru” saytına istinadən xəbər verir ki, Krasnoyarsk diyarından Yamaldakı Yeni Uronqoy şəhərinə neftçiləri daşıyan helikopterin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.Ekipaj üzvlərinin bildirdiklərinə görə, helikopter hazırda havaya qalxmaq iqtidarında deyil, sərt eniş nəticəsində 3 nəfər xəsarət alıb.Xilasedicilər helikopterin olduğu yerə yollanıblar.pia.az