Fransanın Minsk qrupundakı həmsədri dəyişdi

ATƏT-in Minsk qrupundakı fransalı həmsədrinin dəyişməsi barədə məlumatı Fransanın Azərbaycandakı səfirliyi təsdiqləyib
Səfirlikdən  APA-ya bildirilib ki, həmsədr Pyer Andriunu Stefan Viskonti əvəzləyib. Lakin S. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil.  **Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib. APA-nın "Legifrance.gouv.fr" saytına istinadən verdiyi məlumata görə, yeni həmsədr Stefan Viskonti təyin olunub. O, bu posta Pyer Andriunu əvəzləyib.pia.az