Azərbaycanın Dövlət Müstəqilliyinin əleyhinə səs verənlər - Siyahı

Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümüdür
25 il öncə- 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib.Xatırladaq ki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat isə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. (Digərləri isə iclasa qatılmayıb)Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti5. Samur Novruzov – sabiq nazir, vəfat edib6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur11. Zeynəb Xanlarova – xalq artisti, deputat12. Madər Musayev – 5 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib və hələ də deputatdır13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı14. Gennadi Timoşenko – sabiq deputat15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir16. Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri20. Aslan Süleymanov – işsiz21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı24. Tapdıq Kamalov – sabiq deputat25. Rüfət Əsədov – Nazirlər Kabinetində şöbə müdiri26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı27. Arif Mövsümov – Nazirlər Kabinetində şöbə müdiri, vəfat edib28. Cahangir Hüseynov – sabiq deputat29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir30. Telman Orucov – ADP-nin keçmiş katibi31. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri, vəfat edib.(yeniçağ.az)pia.az