Dolların məzənnəsi 9 ayda necə dəyişdi - Siyahı

2016-cı ilin 9 ayı ərzində Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 4 milyard 817,8 milyon ABŞ dolları həcmində vəsait satılıb
Bunun 3 milyard 882,4 milyon dolları Dövlət Neft Fondunun, 935,4 milyon dolları Mərkəzi Bankın payına düşür.Azərbaycan manatı 2015-ci il fevralın 21-də devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 5 qəpiyə qalxıb. Dekabrın 21-də Mərkəzi Bank manatı üzən məzənnə rejiminə keçirib və dolların məzənnəsi 1 manat 55 qəpik olub.Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. ABŞ dollarının ən yüksək rəsmi qiyməti marta təsadüf edib. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub. Sentyabrın 7-dən 9-dək dollar yenidən 1 manat 64 qəpik həddini keçərək 1,6403 manata təklif olunub.Novator.az 9 ayda, hər ayın əvvəli və sonunda dolların məzənnəsinin necə dəyişdiyinə nəzər salıb:5 yanvar – 1,5610 manat28 yanvar – 1,60281 fevral – 1,597229 fevral – 1,56551 mart – 1,568731 mart – 1,54211 aprel – 1,523829 aprel – 1,50722 may – 1,507231 may – 1,49061 iyun – 1,491830 iyun – 1,53941 iyul – 1,542529 iyul – 1,58511 avqust – 1,585131 avqust – 1,63211 sentyabr – 1,632130 sentyabr – 1,6211.pia.az