Şimon Peres dəfn edildi

İsrailin keçmiş prezidenti Şimon Peres dəfn edilib
Azvision.az İsrail KİV-inə istinadən xəbər verir ki, İsrailin 9-cu prezidenti Qüdsdə Hertsl dağında Milli liderlər xatirə xiyabanında dəfn olunub.Şimon Peresin dəfn mərasiminə ABŞ prezidenti Barak Obama ilə yanaşı on minlərlə sıravi vətəndaş, 70-dən artıq ölkənin nümayəndə heyətləri iştirak edib/ Azərbaycanı isə dəfn mərasimində baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 28-də 93 yaşında vəfat edib.pia.az