Mən bir tozam, azadam göy üzündə...

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər...
Ramiz Rövşən: "Toz" Mən bir tozamGöy üzündəhərlənən bir tozam mən,Göydən-yerəBoylanan bir gözəm mən.Mən bir gözəmKirpiyim yox, qaşım yox,Mən bir gözəm,Ayağım yox, başım yox. Həsəd çəkibİnsanına, heyvanına, quşuna,Hərlənirəm bu dünyanın başına.Bir nəhəng toz dənəsitəkBu dünya da hərlənirMin-min ulduz içində,Bu dünyanın içi tozdu,Bu dünya toz içində,Aşağı da, yuxarı daTozdu, toz,Bu dünyanınəvvəli də,axırı datozdu, toz. Mən bir tozam, -kim nə bilir, axı hardan qopmuşam,Ya əvvəldən,ya axırdan qopmuşam,Yorulmuşam toz olmaqdan, ilahi,Bədənsiz, cansız olmaqdan, ilahi. Mən bir qadın bətninə yığılmaq istəyirəmBu dünyadaİnsan kimi doğulmaq istəyirəm.Özümə can istəyirəm ətdən-sümükdənGöz yaşından,tərdən,qandan,ilikdən. Mən bir tozam, azadam göy üzündə,Nə olsun ki,Azad deyil bir adam yer üzündə,Sən bu cansız azadlığıGəl, məndən al, ilahi,Tez ol məni qəfəsə sal, ilahi!Nəfəssizəm –Tez ol, mənə nəfəs ver,Nəfəsiməbədən adlı qəfəs ver,Mənə səs ver, -Səsə qəfəs ağız ver.Mənə söz ver –Sözə qəfəs kağız ver!..(kulis)pia.az