Bakıda qatar dəmir yolunu keçən kişini vurub

Keşlə- Bakı qatarı paytaxt sakinini vurub
PİA.AZ-ın DİN-in saytına istinadən məlumatına görə, sentyabrın 29-da saat 08 radələrində Nərimanov rayonu ərazisindəki Bağırov körpüsünün üstündə, Keşlə-Bakı yolu istiqamətində hərəkət edən sərnişin qatarı dəmiryolu xəttini keçən paytaxt sakini Qədir Kamranini vurub və o, hadisə yerində ölüb.Araşdırma aparılır.pia.az