Qubada yanıq xəsarəti alan kişi xəstəxanada bıçaqlanıb

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlu yanıq xəsarətləri ilə Quba rayon xəstəxanasına yerləşdirilib Özünü B. Paşayevin qohumu kimi təqdim edərək xəstəxanaya daxil olan Sahil Məmmədov onu sarğı otağında bıçaqlayıb.  B.Paşayevə sifətin və döş qəfəsinin hər iki arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxs əməliyyat olunub, vəziyyəti stabildir.  Quba rayon Polis Şöbəsi faktı təsdiqləyib. Hadisənin təfərrüatları Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.pia.az