Səudiyyədən ABŞ-a sərt 11 Sentyabr xəbərdarlığı

11 Sentyabr qurbanlarının yaxınlarının Səudiyyə Ərəbistanını məhkəməyə verə bilməsi haqqında ABŞ-da qəbul edilən qanun layihəsinin nəticələri dağıdıcı olacaq
Bu barədə bəyanatı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yayıb. Rəsmi Ər-Riyad ABŞ Konqresindən qəbul edilən qanun layihəsi ilə bağlı lazımi tədbirlər görməsini xahiş edib. Nazirlik bu qanun layihəsinin bütün dünya dövlətlərinə təsir edəcəyini bildirib. Qeyd edək ki, dünən ABŞ Senatı Səudiyyə Ərəbistanının 11 Sentyabr teraktı ilə əlaqədar məhkəməyə verilməsinə imkan yaradan qanun layihəsini qəbul edib. Bundan öncə Nümayəndələr Palatası da eyni qanun layihəsini qəbul edib. Lakin sonradan ABŞ Prezidenti Barak Obama bu qanun layihəsinin ölkənin milli maraqlarına zidd olduğunu əsas gətirərək ona veto qoyub. Səudiyyə Ərəbistanı bu məsələ ilə bağlı ABŞ-ı şantaj edir. Ər-Riyad bu layihə qəbul olunacağı təqdirdə ABŞ-dakı 750 milyard dollarlıq aktivlərini satışa çıxaracağını bəyan edib. (axar.az)pia,az