Canavarlar kəndə hücüm etdi - Video

Tovuzda canavarlar kəndə hücum edib
ARB Kəpəz xəbər verir ki, bu gecə Aşağı Mülkülü kəndində yırtıcılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlu heyvanı məhv edib.Səs-küyə həyətə çıxan ev sahibi bir neçə heyvanın parçalandığını, bir neçəsinin əkin sahələrinə doğru aparıldığını görüb.Kənd sakini - "Canavarı özüm risk edib qovaladım. Yoldaşımı özüm oyandırmadım ki, nasazdır qorxar. Dedilər bəs qorxmursan canavar səni yeyər? dedim ki, bəs nə edim? risk edib getdim".Kənd sakini - "1 ayın içində qonşunun həyətində atını yeyib. Yuxarıda ferma var. Orada da heyvan saxlayırlar. Orada da bir at bir mal-qara yeyib".Son bir ayda canavarlar Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi də parçalayıb.pia.az