Usta mağazanı və oradakı ödəmə aparatını yardı

Masazırdakı mağazalardan birində quraşdırılmış ödəmə aparatının xəzinəsi aparılıb
Musavat.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Fikrət İsmayılov Masazır qəsəbəsində ona məxsus  mağazadan oğurluq edilməsi barədə məlumat verib. Hadisə yerinə baxış keçirən polis əməkdaşları oradan kassada olan təqribən 690 manat  pulun və mağazadakı "E-manat" ödəmə aparatının sındırılaraq içərisində olan nəğd pulun oğurlandığını müəyyən ediblər. Rayon polis idarəsinin cinayət axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Əflatun Bayramov saxlanılıb. İstintaq zamanı dindirlən Bayramov əməlini etiraf edib. Onun sözlərinə görə, magazanın yaxınlığında usta işləyib. Əflatun Bayramov hadisəni gecə vaxtı törətdiyini deyib.Əvvəllər də məhkumluq həyatı yaşayan Əflatun Bayramov asan yolla əldə etdiyi pulları öz istirahəti üçün xərcləyib. Ancaq onun istirahəti çox çəkməyib və polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.pia.az