Aparıcıya canlı yayımda evlilik təklifi

“Həyatda hər şey var” verilişində canlı yayımla efirə qoşulan bir kişi aparıcı Nur Virala evlilik təklifi edib
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklif qarşısında təəccüblənən aparıcını gülmək tutub.N.Viral həmin şəxsə “Cəsarətinizə heyran qaldım” deyərək onunla söhbət etmək istəyib. Lakin aparıcının gülməsindən təsirlənən həmin şəxs daha çox danışmaq istəməyib və dəstəyi asıb.Qeyd edək ki, N.Viral uzun illərdir müxtəlif kanallarda sağlamlıq və yemək verilişlərində aparıcılıq edir.pia.az