Prezident İsrail səfirliyinə getdi – Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrailin Azərbaycandakı səfirliyində olub
İsrailin Azərbaycandakı səfirliyindən bildirilib ki, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb(Report).Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib. O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.pia.az