Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb

Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb
 Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ. Musayev hadisə yerində ölüb, M. Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  pia.az