Keçmiş “Qalatasaray“lı İspaniya yolunda

İtaliyalı çalışdırıcı Çezare Prandelli karyerasını İspaniyada davam etdirə bilər
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, məşhur baş məşqçi "Valensiya" ilə razılığa gəlib.İspaniya klubunun yaxın günlərdə bu keçidi rəsmən açıqlayacağı gözlənilir. Qeyd edək ki, İtaliya millisinin baş məşqçisi kimi məşhurlaşan Çezare bir müddət "Qalatasaray"da da çalışıb. pia.az