“Abid Şərifovla Elçin Əfəndiyevin vəzifələri ləğv ediləcək” - İddia

Baş nazirin müavinlərinin sayı azaldılacaq. İddia edilir ki, Konstiutusiyaya edilən dəyişikliklər nəticəsində yaradılacaq vitse-prezidentlər postu Nazirlər Kabinetində də müəyyən islahatlara səbəb olacaq
Reyting.az xəbər verir ki, söhbət baş nazirin müavinlərinin sayının azaldılmasından gedir. "İxtisara düşəcək müavin postlarının hazirki sahibləri isə Abid Şərifovla Elçin Əfəndiyevdir. Onların səlahiyyətlərinin bir qismi digər müavinlər arasında bölüşdürüləcək, bir qismi isə ləğv olunacaq”, - deyən mənbə qaynarinfo-ya bunları söyləyib: "Bəziləri düşünür ki, bizdə yeni yaradılacaq vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər. Bu bir o qədər ağlabatan deyil. Vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabinetinin buraxılacağı yönündə mətbuatda yer alan məlumatlar, ekspert rəyləri real səslənmir. Bununla belə, hökumət kabinetinin optimallaşdırılacağı kifayət qədər real məsələdir. Bu sıraya bəzi nazirlik və dövlət komitələrinin birləşdirilməsi və ya ümumiyyətlə ləğvi ilə bərabər, baş nazirin müavinlərinin sayının azaldılması da daxildir”Qeyd edək ki, hazırda baş nazirin 6 müavini var. Bunlardan biri birinci müavindir (Yaqub Eyyubov). Digər müavinlər isə Elçin Əfəndiyev, Əli Əhmədov, eyni zamanda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov, İsmət Abbasov və Abid Şərifov. Doğrudur, Ə.Həsənovun müavin postunun da ləğv edilə biləcəyi yönündə iddialar dolaşır, amma mənbə bildirib ki, hazırda Elçin Əfəndiyevlə Abid Şərifovun işsiz qalma ehtimalı daha yüksəkdir. Hazırda 76 yaşı olan Şərifov nə az, nə çox düz 21 ildir bu postu tutur. Əfəndiyev isə 73 yaşındadır və o da 20 ilə yaxındır bu vəzifəni icra edir.pia.az