Tbilisidə türk restoranlarına hücum edilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Kartuli dzala” (Gürcü gücü) millətçi təşkilatının 11 fəalı saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar Aqmaşenebeli prospektində kafe və mağazaları dağıdıblar
Hadisə bir neçə saat öncə millətçilərin yürüşü zamanı baş verib.Fəallar Qəhrəmanlar Meydanından “Marcanişvili” metro stansiyası istiqamətində hərəkət edirmişlər. Aqmaşenebeli prospektinə çatdıqdan sonra onlar küçədən keçənləri təhqir etməyə, ticarət obyektlərinə və kafelərə partlayıcı maddələr atmağa, həmçinin mağaza və restoranlara zərər yetirməyə başlayıblar.Əldə edilmiş məlumata görə, türk restoranları millətçilərin hücumlarının obyektinə çevrilib. Onlar bu iaşə obyektlərinə daxil olaraq, “Millətə eşq olsun, düşmənə ölüm” qışqırıblar.pia.az