Şimon Peres donor olacaq

Sabiq İsrail prezidenti Şimon Peres sentyabrın 28-də gecə dünyasını dəyişəndən sonra məlum olub ki, eks-prezident ölümündən sonra donor olacaq
PİA.AZ axar.az-a istinadən bildirir ki, 93 yaşlı siyasətçinin gözünün buynuz qişası buna ehtiyacı olan xəstəyə veriləcək. Qeyd edək ki, Peresin donor kimi çıxış etməsi fikrini ailəsi irəli sürüb.pia.az