Adel ikinci “brilyant albom“a yiyələndi

Britaniyalı müğənni Adelin"25" albomunun satışa çıxarılmasından bir il keçməsə də, bu albom artıq "brilyant" statusu alıb
Milli.az The İndependent-ə istinadən bildirir ki, bunun sayəsində Britni Spirs və Selin Diondan sonra Adel iki "brilyant albom"a malik 3-cü müğənnidir."25" albomunun tirajı artıq 10 milyon nüsxəni keçib.2011-ci ildə Adel "21" albomuna görə "brilyant albom"a yiyələnmişdi.pia.az