Zakir Həsənov Rusiyanın Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hava Kosmik Qüvvələr komandanı general-polkovnik Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub
PİA.AZ-a Müdafiə Nazirliyindən daxil olan məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.pia.az