“Rusiya nüvə silahından istifadə etsə...“ - Pentaqonun rəhbəri

ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, hazırda iki ölkə ABŞ üçün nüvə təhlükəsi daşıyır: Rusiya və Şimali Koreya
Karterin sözlərinə görə, ABŞ NATO-dakı müttəfiqlərilə birlikdə Rusiyanı nüvə silahı işlətmək niyyətindən uzaq tutmağa çalışır. “Moskvanın son vaxtlar yumruq silkələməsi və yeni nüvə sistemləri yaratması onun nüvə təhlükəsizliyi ilə bağlı çoxdan oturuşmuş köhnə qaydalara sadiqliyi ilə bağlı suallar yaradır”,- Karter deyib. O, əlavə edib ki, “ABŞ konflikt üçün bəhanə axtarmır, əksinə, onlardan yayınmağa çalışır”.ABŞ-ın özünü və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu söyləyən Pentaqonun rəhbəri bəyan edib ki, “Nüvə silahından istənilən formada istifadə etmək cəhdinə daha güclü və effektiv cavab veriləcək”.O, Hindistanın və Çinin nüvə texnologiyalarını pozitiv yöndə iştirak etdirdiklərini qeyd edib: “Bu dövlətlər özlərini peşəkarcasına aparırlar”.İranın nüvə proqramına toxunan Karter bunu təhlükə kimi görmədiklərini açıqlayıb.(azvision.az)pia.az