“Putin ABŞ-a qarşı sərt oyun aparır“ - Hillari Klinton

ABŞ-da prezidentlik uğrunda keçirilən teledebatlarda Hillari Klinton kibertəhlükəsizliyi dövlət qarşısında dayanan ən vacib şərt kimi qoyub
Avropa.info xəbər verir ki, Klinton ABŞ-ın hal-hazırda iki təhlükə ilə üzləşdiyini deyib. Birincisi, kommersiya məqsədilə məlumat oğurlayan hakerlər. İkinci daha təhlükəli qrup isə dövlət dəstəyi ilə hesabları sındıran kibercinayətkarlar.“Sonuncu və ən təhlükəli haker hücumu Rusiyadan gəldi. Şübhə yoxdur ki, Rusiya kiberhücumları ölkəmizin bütün təşkilatlarına qarşı işlədib. Bu məsələdən çox narahatam. Bilirəm ki, Tramp Putini çox tərifləyir. Ancaq Putin burada sərt oyun oynayır. Onun elədiyi şeylərdən biri də hökumət fayllarını, Demokrat partiyasının milli komitəsinə məxsus sənədləri ələ keçirmək üçün hakerlərə göstəriş verməsidir. Bu yaxınlarda biz başa düşdük ki, bu Rusiyanın tərcih etdiyi metodlardan biridir: informasiyanın qazıb çıxarmaq və yığmaq” – Klinton belə deyib.O, əlavə edib ki, Rusiya, Çin, İran və ya istənilən başqa ölkə olsun, ABŞ əlibağlı oturmayacaq və sənədlərinin oğurlanmasına göz yummayacaq.pia.az