İranda kredit kartı istifadəyə verildi – İlk dəfə

İran bankları daxili bazarı canlandırmaq məqsədi ilə ilk dəfə kredit kartlarını istifadəyə verib
İran Mərkəzi bankı tərəfindən müəyyən edilən ən aşağı limit 100 milyon riyal (2800 dollar), 300 milyon riyal (8400 dollar) və 500 milyon riyal (14 min dollar) olmaqla 3 fərqli kredit kartı müştərilərə təqdim edilib. Banklar tərəfindən ən yüngül şərtlərlə təqdim olunan kartlardan yalnız İran daxilində istifadə etmək mümkün olacaq. “Bank Millət” və “Ayende Bank” artıq 2 gün ərzində 12 mindən çox kredit kartı paylayıb.(axar.az)pia.az